Məmmədova Şəfa (Müğənni)

Allah rəhmət eləsin     Məmmədova Şəfa Səyyad qızı 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində  ziyalı ailəsində anadan olub. 1988-ci il məlum hadisələri zamanı Şəfada ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib. Hələ uşaq yaşlarından şer yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin Kövrək qədəmlər verlişində çıxış edib.Sonralar öz yaradıcılığını dahada genişləndirib.Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin  Egey universitetinin türk filalogiyası fakultəsinə qəbul olunur. Burda oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı  cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və  təhsilini Bakı dövlət universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat  failiyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı. Şəfa  mütamadi olaraq  müxtəlif hərbi hissələrdə  konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı  tərəfindən fəxri fərmanlara laiq görülmüşdür. Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Məmmədova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Şu HTML etiketlerini ve özelliklerini kullanabilirsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>